AZ

Övladlığa götürdükləri həmin oğlan soyadını dəyişir

Yazını böyüt
Yazını kiçilt

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri Meddoks Coli-Pitt atasının soyadından imtina proseduruna başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat verib. "Meddoks soyadının dəyişdirilməsi üçün sənədlər təqdim edib. O, Pitti silmək və soyadını və adını Meddoks Şivan Coli olaraq dəyişdirmək istəyir", - deyə portal yazıb.

Jurnalistlər xatırladıblar ki, Coli Meddoksu 2002-ci ildə övladlığa götürüb. O, uşağı yeddiaylıq olanda Kambocadakı yetimlər üçün sığınacaqdan götürüb. Pitt və Coli yaxınlaşdıqları zaman aktyor oğlanı övladlığa götürüb. Bu, 2006-cı ildə baş verib.

44 yaşlı Hollivud ulduzu Ancelina Colinin altı uşağı var: doğma uşaqları - Şaylo (13 yaş) və əkizləri Noks və Vivyen (11 yaş), eləcə də övladlığa götürülmüş uşaqları - Meddoks (18 yaş), Paks (15 yaş) və Zahara (14 yaş).

Seçilən
0
2
hafta.az

3Mənbələr