AZ

Cəlilabadda canavar hücumu

Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir.

Publika.az "Report"a istinadla xəbər verir ki, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur.

Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar beş baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə 40-a yaxın xırdabuynuzlu heyvanı vəhşi canlıların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.

Seçilən
2
9
publika.az

10Mənbələr