Demokrat.az "Report"a istinadla xəbər verir ki, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur.
Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar beş baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə 40-a yaxın xırdabuynuzlu heyvanı vəhşi canlıların hücumu nəticəsində tələf olub.
Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar və dəqiqləşdirmələr aparılır:
"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır".
Demokrat.az
10Mənbələr
-
ikisahil.azCəlilabadda canavarlar təsərrüfata hücum edib ( 29028676)
-
demokrat.azCəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu ( 29028352)
-
aznews.azCəlilabadda canavarlar təsərrüfata hücum edib ( 29028211)
-
sitat.infoCəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu ( 29027806)
-
news.milli.azCəlilabadda canavar hücumu: 40 a yaxın heyvan tələf oldu ( 29027776)
-
publika.azCəlilabadda canavar hücumu ( 29027605)
-
Ajans.azCəlilabadda canavar hücumu: 40-a yaxın heyvan TƏLƏF OLDU ( 29027527)
-
konkret.azCəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu ( 29027473)
-
olke.azCəlilabadda canavarlar təsərrüfata hücum edib ( 29026678)
-
hit.azCəlilabadda canavarlar təsərrüfata hücum edib ( 29026561)