Bakı, 27 may, AZƏRTAC
"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, "Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik anlaşma imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub.
Rəhman Hacıyev geridə qoyduğumuz mövsümdə 16 oyuna 2 qol vurub.