Yazını böyüt
Yazını kiçilt
"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Hafta.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik müqavilə imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında Gəncə təmsilçisinə qoşulub. Hacıyev geridə qalan mövsümdə 16 oyuna 2 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bunadək Dioqo Verdaska ilə müqaviləni yeniləyib.