AZ

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib - FOTO

Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.

Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, - Leyla Abdullayeva qeyd edib.

Əlimərdan Əlimərdan Əlimərdan
Seçilən
3
9
apa.az

10Mənbələr