AZ

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.

Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, - Leyla Abdullayeva qeyd edib.

Seçilən
3
9
kulis.az

10Mənbələr