ain.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 27 may, AZƏRTAC
ABŞ Cənub Komandanlığının tapşırığı əsasında “Cənubi Nizə” əməliyyat qrupu təyin olunmuş terror təşkilatına məxsus olduğu deyilən gəmiyə ölümcül zərbə endirib.
AZƏRTAC-ın Cənub Komandanlığına istinadən verdiyi məlumata görə, kəşfiyyat gəminin Sakit Okeanının şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Əməliyyat zamanı bir nəfər öldürülüb və iki nəfər xilas olub. Bildirilir ki, əməliyyat zamanı ABŞ hərbi qüvvələri zərər görməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.