AZ

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu



ABŞ Cənub Komandanlığının tapşırığı əsasında "Cənubi Nizə" əməliyyat qrupu təyin olunmuş terror təşkilatına məxsus olduğu deyilən gəmiyə ölümcül zərbə endirib. Cənub Komandanlığından mətbuata verilən məlumata görə, kəşfiyyat gəminin Sakit Okeanının şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Əməliyyat zamanı bir nəfər öldürülüb və iki nəfər xilas olub. Bildirilir ki, əməliyyat zamanı ABŞ hərbi qüvvələri zərər görməyib.
Seçilən
14
5
baki-xeber.com

6Mənbələr