AZ

Gəncədə evdən qadın meyiti tapıldı

Gəncədə evdən qadın meyiti aşkarlanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dost 102 ünvanında qeydə alınıb.

Bildirilib ki, qonşular dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aidə Mahmudovanın meyitini tapıblar.

İlkin ehtimallara görə, 49 yaşlı qadın qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.

Seçilən
89
1
manset.az

5Mənbələr