AZ

Gəncədə evdən qadın meyiti tapıldı

Gəncədə evdən qadın meyiti aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Dost 102 ünvanında qeydə alınıb.

Bildirilib ki, qonşular dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aidə Mahmudovanın meyitini tapıblar.

İlkin ehtimallara görə, 49 yaşlı qadın qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.

"Cebheinfo.az" 

Seçilən
22
1
cebheinfo.az

5Mənbələr