AZ

MMA çempionu EDAM EDİLDİ

İran 34 yaşlı keçmiş MMA çempionu və beynəlxalq hakim Qulamrza Hani Şekarabı casusluqda və İsrail kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bildikdən sonra edam edib.

Musavat.com xəbər verir ki, hökm həbsxanada asılmaqla icra edilib.

Həbs olunmazdan əvvəl Türkiyədə yaşayan Hani Şəkərab ötən il qohumunun xahişi ilə İraqa dini ziyarətə gedərkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və daha sonra İrana təhvil verilib.

Onun qardaşı, 43 yaşlı Esmail Hani də eyni iş üzrə siyasi ittihamlarla həbs olunub və Ərdəbil Mərkəzi Həbsxanasında həbs cəzası çəkir.

Musavat.com

Seçilən
27
1
musavat.com

2Mənbələr