İranda 34 yaşlı keçmiş MMA çempionu və beynəlxalq dərəcəli hakim Qulamrza Xani Şəkərab casusluqda və İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinərək edam edilib.
Musavat.com xəbər verir ki, hökm həbsxanada asılma yolu ilə icra olunub.
Həbs olunmazdan əvvəl Türkiyədə yaşayan Xani Şəkərab ötən il qohumunun xahişi ilə İraqa dini ziyarətə gedərkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və daha sonra İrana təhvil verilib.
Onun qardaşı, 43 yaşlı Esmail Xani də eyni iş üzrə siyasi ittihamlarla həbs olunub və Ərdəbil Mərkəzi Həbsxanasında həbs cəzası çəkir.
Musavat.com