AZ

Rusiya ordusu gecə Ukraynaya iki İsgəndər atdı: Zərbə endirib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.

"Report"un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.

Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.

"Saat 08:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda və şərqində "Şahed", "Herbera", "İtalmas" və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib", - hərbçilər bildiriblər.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr