AZ

Rusiya ordusu gecə Ukraynaya iki "İsgəndər" ATDI

Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.

Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.

Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.

"Saat 08:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda və şərqində "Şahed", "Herbera", "İtalmas" və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib", - hərbçilər bildiriblər.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr