Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir.
Bizim.Media xəbər verir ki, bunu “modern.az”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:
“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”.
B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400-ünün yəni 70 faizinin artıq satıldığını vurğulayıb:
“Hətta Gürcüstandan iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta