AZ

Bakı Tbilisi qatarına iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb RƏSMİ

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir. 

Redaktor.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:

“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”. B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400-ü, yəni 70 faizinin artıq satıldığını vurğulayıb:

“Hətta Gürcüstandan iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
redaktor.az

5Mənbələr