AZ

Uşaqlı və uşaqsız insanlar: Hansı daha xoşbəxt olur?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Valideynlər və uşaqsız insanlar arasında kim daha xoşbəxtdir müzakirəsinə nöqtə qoyuldu.Demək olar ki, bütün cəmiyyətlərdə uşaqların yetkinlik dövründə xoşbəxtlik və özünüreallaşdırmanın əsas təminatı olduğu düşünülür. Lakin yeni araşdırma bu geniş yayılmış inamı şübhə altına alıb.Demokrat.az xəbər verir ki, bu barədə "Ofeminin" yazıb.Məlum olub ki, uşaqların olması gündəlik xoşbəxtlik və ya ümumi həyat məmnuniyyətinə ciddi təsir göstərmir. Qeyd edilir ki, Nikosiya Universitetinin alimləri 10 ölkədən 5000-dən çox insanın məlumatlarını təhlil ediblər və onların 38,5 faizi valideyn olub. Sorğular iki əsas mövzuya fokuslanıb: gündəlik sevinc, kədər və ya tənha hissləri, eləcə də ümumi həyat məmnuniyyəti.Nəticədə valideynlər və uşaqsız insanlar arasında xoşbəxtlik səviyyəsi demək olar ki, eyni olub. Diqqət çəkən məqam odur ki, yalnız uşaqlı qadınlar həyatlarında bir qədər daha çox məqsəd hiss etdiklərini bildiriblər, lakin bu fərq əhəmiyyətli hesab olunmayıb.Tədqiqatın daha bir nəticəsi gözlənilməz ola bilər: uşağı olan insanlar olmayanlara nisbətən münasibətlərindən daha az məmnun olduqlarını bildiriblər. Alimlər bunu iki amilin toqquşması ilə izah ediblər: bir tərəfdən valideynlik birlik və əməkdaşlıq hissi yaradır, digər tərəfdən isə vaxt çatışmazlığı, maliyyə və psixoloji təzyiq ilə bağlıdır.Tədqiqatçılar qeyd ediblər ki, valideynlik həyatda nəyisə yaxşılaşdırmağın sadəcə bir yolu deyil, daha çox başqasının rifahını özündən üstün tutmağı öyrədən bir sınaqdır. Yuxusuz gecələr, narahatlıq və şəxsi istəklərdən imtina bu prosesin müvəqqəti deyil, valideynliyin mahiyyətinin bir hissəsidir.Bildirilir ki, uşaq sahibi olmaq boşluqları doldurmaq və ya münasibətləri xilas etmək vasitəsi olmamalıdır. Bu qərar başqa bir insan üçün məsuliyyət daşımağı tələb edir. Buna baxmayaraq, insanlar niyə uşaq sahibi olmağa ehtiyac hiss edirlər, halbuki bu, hər zaman xoşbəxtliyi artırmır?Cavab sadə ola bilər: insan həyatı yalnız zövqdən ibarət deyil. Valideynlik həm güclü sevinc anlarını, həm də məsuliyyət hissini birləşdirir. Uşaqlar güclü müsbət emosiyalar yarada bilər, lakin bu, davamlı xoşbəxtlik artımına zəmanət vermir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
50
demokrat.az

10Mənbələr