AZ

Planeti narahat edən məsələlər Bakıda müzakirə olunur - WUF13-lə bağlı VACİB AÇIQLAMALAR

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) səs-sorağı hələ də dünyada eşidilir.

nK5KPvqZPyfy3hO9PV1OzdKa65yT5UYhs1RiWhPL_1200.jpg

Birmənalı şəkildə bu forum Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal etimadının növbəti parlaq nümayişi kimi təqdim olunur. Dünyanın 176 ölkəsindən on minlərlə iştirakçını bir araya gətirən bu mötəbər tədbir həm miqyasına, həm də təşkilatçılıq səviyyəsinə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

yzTrhLswGgQbYqW19xVVIEhiIKKG95KEwlbpUsLE_1200.jpg

Forum çərçivəsində aparılan müzakirələr, təqdim olunan təşəbbüslər və qonaqların Bakıya olan marağı bir daha göstərdi ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirilməsi üçün ən etibarlı ünvanlardan biridir. WUF13 zamanı Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət və dünyanın müxtəlif ölkələrindən səsləndirilən təbriklər Azərbaycanın uğurlu inkişaf modelinə verilən yüksək dəyərin ifadəsi oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yalnız regionda deyil, beynəlxalq müstəvidə də söz sahibi olan güclü dövlətə çevrilib. Forum iştirakçılarının Azərbaycanın inkişafı, təhlükəsizliyi, müasir infrastrukturu və yüksək təşkilatçılıq bacarığı barədə səsləndirdikləri fikirlər ölkəmizin artan nüfuzunun aydın göstəricisi kimi yadda qaldı. Bu mötəbər forum həm də Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını dünyaya təqdim etdi.

0ZJxoXez89iWP60uMaxSeMxGLz1yEinzzL7Sx5wn_1200.jpg

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri, "ağıllı şəhər" konsepsiyası və yaşıl enerji təşəbbüsləri beynəlxalq ekspertlərin xüsusi marağına səbəb oldu. WUF13 bir daha sübut etdi ki, Azərbaycan yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də qlobal inkişaf gündəliyinə töhfə verən, nüfuzu getdikcə artan güclü və məsuliyyətli dövlətdir.

ORUCOV

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a deyib ki, Bakı artıq uzun illərdir ən mötəbər və böyükmiqyaslı qlobal tədbirlərin mərkəzinə çevrilib:

"Azərbaycan hər dəfə yeni-yeni uğurlara imza atıb. Kifayət qədər təcrübə qazanıb. Azərbaycanın dayanıqlı inkişafına və sabitliyinə güvənirlər. Planeti maraqlandıran və narahat edən ən aktual məsələlər də məhz Bakıda müzakirə olunur və müzakirələrin nəticələri, qəbul edilən qərarlar da baza rolunu oynayır. Fəaliyyət proqramına və yol xəritəsinə çevrilir. WUF13 Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, təcrübə mübadiləsinin aparılması baxımından mühüm platforma olmaqla bərabər həm də dünyadakı rolunun və nüfuzunun daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək. Təsadüfi deyil ki, iştirakçı dövlətlər bu tədbirin yüksək təşkilatçılığına və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür məktubları göndərməkdədirlər. Azərbaycan bütün sahələrdə özünün modelini yaymaqda və müvəffəqiyyətlə tətbiq etməkdədir".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
85
50
musavat.com

10Mənbələr