AZ

Zelenskidən Rusiyaya SƏRT MESAJ: “Müharibəni evinizə qaytarırıq”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı hücumların davam etdiriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski Ukrayna qüvvələrinin Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavoduna zərbə endirdiyini bildirib.

Onun sözlərinə görə, həmin obyekt Ukrayna ərazisindən təxminən 700 kilometr uzaqlıqda yerləşir.

Zelenski qeyd edib ki, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın neft emalı və ixrac infrastrukturuna qarşı hücumları davam etdirir.

“Biz müharibəni Rusiyanın öz evinə qaytarırıq və bu, tamamilə ədalətlidir”, – deyə Ukrayna prezidenti vurğulayıb.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı ərazilərdə yerləşən hədəflərə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Zelenski Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələrə cavab olaraq yeni “uzaqmənzilli sanksiyalar və midlstrayklar” hazırlanacağını da açıqlayıb.

Bundan başqa, Ukrayna lideri bildirib ki, Kiyevin məlumatına əsasən, 2026-cı ilin əvvəlindən etibarən Rusiya ordusunun itkiləri 145 min nəfəri keçib. Onlardan təxminən 86 mininin həlak olduğu iddia edilir.

Musavat.com

Seçilən
34
10
musavat.com

10Mənbələr