AZ

Rütte ABŞ ı NATO da saxlamaq üçün silah alışlarını artırma planı hazırlayıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO Baş katibi Mark Rütte ABŞ-ı alyansda saxlamaq və marağını gücləndirmək üçün ABŞ-dan daha çox silah alınması və Avropada hərbi istehsalın artırılması təşəbbüsü ilə çıxış edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rütte son həftələrdə NATO üzvlərini hərbi istehsalı və müdafiə müqavilələrini ciddi şəkildə artırmağa çağıran kampaniya aparır. Məqsəd yalnız alyans ölkələrindəki silah çatışmazlığını aradan qaldırmaq deyil, həm də ABŞ Prezidenti Donald Trampa “düzgün siqnal” göndərməkdir. O, bu yolla iyul ayında Ankarada keçiriləcək NATO sammitinin uğurla keçəcəyinə ümid edir.

İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Maria Malmer Stenergard Rüttenin çağırışlarını müsbət qiymətləndirib. O bildirib ki, sammit öncəsi ortaq standartların formalaşdırılması, daha yaxşı əməliyyat uyğunluğu və daha ucuz, daha çox istehsalın təmin edilməsi vacibdir. Onun sözlərinə görə, ABŞ bu sahədə unikal imkanlara malikdir.

Bununla belə, NATO-nun müdafiə satınalmalarını daha fəal şəkildə koordinasiya etməsi Avropa İttifaqının Avropa hərbi-sənaye kompleksini gücləndirməyə yönəlmiş təşəbbüsü ilə ziddiyyət yarada bilər.

Ekspert Gerlinde Niqus isə bildirib ki, silah istehsalına fokuslanmaq NATO daxilində digər mövzulardakı fikir ayrılıqlarını arxa plana keçirə bilər.

Mənbələrin məlumatına görə, Rütte NATO ölkələrindən sammitə qədər bütün müdafiə istehsalı və satınalma planlarını təqdim etməyi istəyib. Gözlənilir ki, sammitin yekun bəyanatı hələ rəsmi elan olunmamış bir sıra silah sövdələşmələrini də əhatə edəcək.

Bununla belə, bəzi analitiklər hesab edir ki, bu plan real nəticə verməyə bilər, çünki müdafiə şirkətləri istehsalı genişləndirmək üçün əvvəlcədən imzalanmış müqavilələrə ehtiyac duyur.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
31
bizimyol.info

10Mənbələr