ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
NATO-nun Baş katibi Mark Rütte hesab edir ki, bir sıra Amerika kontingentlərinin Avropadan çıxarılması barədə qərarlara baxmayaraq, ABŞ qitənin nüvə və ənənəvi müdafiəsində aparıcı rol oynamağa davam edəcək.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə NATO ölkələrinin XİN rəhbərlərinin Helsinqborqda keçirilən görüşünə gələrkən bəyan edib.
"Nüvə, eləcə də ənənəvi müdafiə məsələlərinə gəldikdə, ABŞ Avropada aparıcı rol oynamağa davam edəcək", — deyə o bildirib.
Bununla əlaqədar olaraq Rütte, ayrı-ayrı Amerika hərbi kontingentlərinin Avropadan çıxarılması barədə xəbərləri "uzunmüddətli trayektoriyanın bir hissəsi" və həmçinin "Avropanın addım-addım daha çox hərbi məsuliyyət üzərinə götürəcəyi mərhələli prosesin tərkib hissəsi" adlandırıb.
Məryəm Quliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.