Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə (“Ağdaş” FK-ya Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.
Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə 2-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.