AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda “Ağdaş” tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.
Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.
Müzakirələrdən sonra “Ağdaş”a 2026/27 mövsümündə 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta