AZ

Beynəlxalq forumlar Azərbaycan turizminə nə qazandırır?- ÖZƏL

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Urban Expo" sərgisində Azərbaycanın turizm potensialı təqdim olunur. Pavilyonda mədəni turizm, qastroturizm, qış və ekoturizm imkanları, həmçinin Qarabağ və Şərqi Zəngəzurun turizm marşrutları tanıdılır. Ziyarətçilərə VR texnologiyası ilə turistik məkanları kəşf etmək, milli çay mədəniyyəti və şəbəkə sənəti ilə tanış olmaq imkanı yaradılıb.

Azərbaycanın beynəlxalq sərgilərdə turizm potensialını tanıtması ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?
 Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarının təqdimatı bölgəyə investisiya və turist axınını artırmağa nə dərəcədə təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib: 
" Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafında arzu edilən dinamikanın əldə olunmamasının əsas səbəblərindən biri ölkənin turizm potensialının tanıtım səviyyəsinin kifayət qədər qənaətbəxş olmamasıdır. Bu baxımdan, belə forumlar ölkənin turizm potensialının tanıdılması üçün çox önəmlidir. Hesab edirəm ki, bu cür tədbirlər gələcəkdə öz müsbət təsirini göstərə bilər.
Eyni zamanda, bu forum Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə dünya ictimaiyyətini tanış etmək baxımından xüsusi əhəmiyyətli platformadır. Təbii ki, bu platforma həm də qlobal investorların ölkəyə marağının artırılmasına xidmət edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr