Azərbaycanın beynəlxalq sərgilərdə turizm potensialını tanıtması ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?
Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarının təqdimatı bölgəyə investisiya və turist axınını artırmağa nə dərəcədə təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, Azərbaycanda turizmin inkişafında arzu edilən dinamikanın əldə olunmamasının əsas səbəblərindən biri ölkənin turizm potensialının tanıtım səviyyəsinin kifayət qədər qənaətbəxş olmamasıdır. Bu baxımdan, belə forumlar ölkənin turizm potensialının tanıdılması üçün çox önəmlidir. Hesab edirəm ki, bu cür tədbirlər gələcəkdə öz müsbət təsirini göstərə bilər.
Eyni zamanda, bu forum Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə dünya ictimaiyyətini tanış etmək baxımından xüsusi əhəmiyyətli platformadır. Təbii ki, bu platforma həm də qlobal investorların ölkəyə marağının artırılmasına xidmət edir".
Zeynəb Mustafazadə