AZ

Nidhi Madan: WUF13 hökumət, özəl sektor və vətəndaş cəmiyyətini bir araya gətirir

Bakı, 21 may, AZƏRTAC

WUF13 tədbirinin əhəmiyyəti odur ki, burada müxtəlif dünya ölkələrinin nümayəndələri bir araya gələrək qlobal şəhərsalma problemlərini və onların həll yollarını müzakirə edirlər, fikir və təcrübə mübadiləsi aparırlar.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın “Raahagiri” Fondunun nümayəndəsi Nidhi Madan deyib.

O diqqətə çatdırıb ki, bu tədbirdə hökumət nümayəndələrindən tutmuş özəl və dövlət sektoru, eləcə də vətəndaş cəmiyyətləri nümayəndələri və mütəxəssislər bir araya gələrək müasir şəhərsalma problemlərinin həlli yollarını təhlil edirlər.

Müxbir - Fidan Əlizadə

Seçilən
23
azertag.az

1Mənbələr