Bakı, 21 may, AZƏRTAC
WUF13 tədbirinin əhəmiyyəti odur ki, burada müxtəlif dünya ölkələrinin nümayəndələri bir araya gələrək qlobal şəhərsalma problemlərini və onların həll yollarını müzakirə edirlər, fikir və təcrübə mübadiləsi aparırlar.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın “Raahagiri” Fondunun nümayəndəsi Nidhi Madan deyib.
O diqqətə çatdırıb ki, bu tədbirdə hökumət nümayəndələrindən tutmuş özəl və dövlət sektoru, eləcə də vətəndaş cəmiyyətləri nümayəndələri və mütəxəssislər bir araya gələrək müasir şəhərsalma problemlərinin həlli yollarını təhlil edirlər.
Müxbir - Fidan Əlizadə