AZ

Kino Agentliyi “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminə 650 xərcləyəcək

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin və hüquqlarının alınmasına 648 221 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsait “Şahdağ Film” MMC-yə ödəniləcək.

 

Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 20 May 2026, 12:24   
Seçilən
32
pravda.az

1Mənbələr