“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin və hüquqlarının alınmasına 648 221 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, vəsait “Şahdağ Film” MMC-yə ödəniləcək.
Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 20 May 2026, 12:24