AZ

UNESCO nümayəndəsi: Mədəniyyət sahəsi üzrə işləyənlər əsasən şəhərlərdədir

Mədəniyyət sahəsi qlobal məşğulluğun 3.55 faizini təşkil edir ki, bunun da əksəriyyəti şəhərlər üzrə göstəriciyə əsaslanır.

"Report" xəbər verir ki, bunu UNESCO-nun Kommunikasiya, Şəhərlər və Tədbirlər Bölməsinin rəhbəri Denise Bax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, mədəniyyət bütün proseslərin tərkib hissəsidir:

"Biz UNESCO olaraq, bu sahədə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyatın dəstəklənməsi sahəsinə öz dəstəyimizi verməyə hazırıq. Biz şəhərlərin uğurlu təcrübələri, ideyaları ilə bağlı fikir mübadilələrini də həyata keçiririk və bunu davam etdirəcəyik".

Seçilən
33
1
far.az

4Mənbələr