ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 19 may, AZƏRTAC
Mədəniyyət bütün proseslərin tərkib hissəsidir. Biz UNESCO olaraq, bu sahədə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyyatın dəstəklənməsi sahəsinə öz dəstəyimizi verməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bunu UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin (UCCN) katibi Denise Bax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.
“Mədəniyyət qlobal məşğulluğun 3.55 faizini təşkil edir ki, bunun da əksəriyyəti şəhərlər üzrə göstəriciyə əsaslanır. Biz şəhərlərin uğurlu təcrübələri, ideyaları ilə bağlı fikir mübadilələrini də həyata keçiririk və bunu davam etdirəcəyik", - deyə o qeyd edib.
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Tofiq Babayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.