AZ

ŞOK İDDİA: Latviya ərazisindən Rusiyaya HÜCUM PLANLAŞDIRILIR

Ukrayna Latviya ərazisindən istifadə etməklə Rusiyanın arxa cəbhə bölgələrinə zərbələr endirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) bildirib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri (USQ) bu Baltikyanı respublikanın ərazisindən pilotsuz uçuş aparatları (PUA) buraxmağı planlaşdırır.

Qeyd olunur ki, Ukrayna tərəfi Rusiyaya qarşı bu əməliyyatın keçirilməsi üçün Latviyanı razı sala bilib.

XKX-nin bəyanatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə mütəxəssisləri artıq Riqa şəhərinə ezam olunublar.

Musavat.com

Seçilən
25
10
musavat.com

10Mənbələr