ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.
İnsanlar hadisə yerindən təxliyə edilib.
Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.
San-Dieqoda məsciddə baş vermiş atışmada azı 5 nəfər həyatını itirib.
Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir.
Rəsmilər həmçinin hücumda azı 3 nəfərin öldürüldüyünü açıqlayıblar.
Ağ Ev hadisə ilə bağlı Prezident Donald Trampın məlumatlandırıldığını bildirib.