AZ

ABŞ-də məscidə terror hücumu: ölənlər var - VİDEO

ABŞ-nin San-Dieqo şəhərində yerləşən islam mərkəzində silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub. Ölənlər arasında hücumu həyata keçirən 17 və 19 yaşlı iki yeniyetmə də var.

Məlumata görə, hücumdan sonra onların meyitləri avtomobildə aşkarlanıb. Yerli polis hadisəni nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.

Bildirilir ki, həlak olanlardan biri islam mərkəzinin mühafizəçisi olub. Polis rəhbərliyinin açıqlamasına görə, həmin şəxs daha böyük faciənin qarşısının alınmasında mühüm rol oynayıb.

Hadisə zamanı məsciddə olan uşaqlar və digər şəxslər təxliyə edilib. Polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Musavat.com

Seçilən
1
14
musavat.com

10Mənbələr