ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı zərbələri bərpa edə biləcəyi iddia olunur.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin yaydığı məlumata görə, Vaşinqton və Təl-Əviv atəşkəsin elan olunmasından sonra ən genişmiqyaslı hərbi hazırlıq prosesinə başlayıb.
Məlumatda bildirilir ki, tərəflər mümkün əməliyyat ssenarilərini nəzərdən keçirir və bölgədə hərbi koordinasiya gücləndirilib. Nəşrin iddiasına əsasən, hazırlıq tədbirləri hava əməliyyatları, raketdən müdafiə sistemləri və regional bazalardakı aktivliyin artırılmasını da əhatə edir.
Musavat.com