AZ

SON DƏQİQƏ! Pentaqon hazırlıqlara BAŞLADI “İrana ağır zərbələr endiriləcək”

ain.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün gələcək addımları müzakirə edib. Görüşdə Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.Telekanalın məlumatına görə, Pentaqon ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verəcəyi halda, bir neçə mümkün zərbə planı hazırlayıb.CNN bildirir ki, potensial hədəflər siyahısına İranın enerji obyektləri və mühüm infrastruktur qurğuları daxildir.ABŞ Prezidenti Donald Tramp da İrana xəbərdarlıq edib ki, yaxın vaxtlarda sülh sazişi əldə olunmasa, bu ölkə üçün "çox ağır günlər" başlayacaq. Trampın İrana bu xəbərdarlığı fonunda Qərb və İsrail KİV-ləri müharibəyə hazırlıqların davam etdiyini yazır.Əməliyyatlar yenidən başlayacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, İranla ABŞ arasında əməliyyatların yenidən alovlanması ehtimalı azdır:“Yaxın Şərqdə təəssüf ki, gərginlik qalmaqda davam edir. Hər iki tərəf sülhdən danışsa da, heç biri ortaq məxrəcə gələ bilmir. Dünya hər iki tərəfdən sülhə töhfə vermələrini gözləyir”.Deputat Elşad Musayev isə düşünür ki, İran razılaşmasa, yaxın zamanda hərbi əməliyyatlar yenidən alovlanacaq: “ABŞ atəşkəs elan etsə də görünən odur ki, o hələ istəyinə çatmayıb. İran isə Hörmüz boğazı, nüvə texnologiyası və zənginləşmiş uranla bağlı məsələlərdə geri çəkilməyəcəyini bildirir. Belədə, İran ətraf bölgələri də təzyiq altında saxlayır. Bütün hallarda ABŞ öz sifətini qoruyub saxlamalıdır. Tramp da bunun üçün çalışır.Bir sözlə, Tehran ABŞ ilə razılığa gəlməsə, Trampın onu yenidən vurmaqdan başqa digər əlacı qalmayacaq. Deməli, Pentaqon hərbi əməliyyatların bərpası qərarını verməli olacaq. Düzdür, seçki öncəsi olduğundan belə variant Trampa sərf etmir. Amma mövcud vəziyyətdə Trampın seçkiyə getməsi də ona uğur gətirməyəcək. Bu baxımdan düşünürəm ki, Tehran razılığa gəlməsə, ABŞ yaxın müddətdə hərbi əməliyyatları bərpa edəcək. Nəticədə İranın müxtəlif infrastrukturlarına ağır zərbələr endiriləcək”.Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
bizim.media

10Mənbələr