AZ

NYT: ABŞ və İsrail İrana qarşı bu həftə yeni hava zərbələri endirə bilər...

ABŞ və İsrail atəşkəs davam edərkən, ən intensiv şəkildə hərbi hazırlıqlarını davam etdirirlər...

Poliqon xəbər verir ki, "The New York Times" nəşrinin məlumatına görə, Birləşmiş Ştatlar və İsrail atəşkəsin elan edilməsindən bəri ən geniş miqyaslı hərbi hazırlıq mərhələsini həyata keçirir. Nəşr bildirir ki, İrana qarşı kütləvi zərbələrin bu həftə yenidən başlaya biləcəyi ehtimalı yüksəkdir.

Mənbələrə istinadən əldə olunan məlumatlar göstərir ki, hər iki ölkənin silahlı qüvvələri intensiv koordinasiya rejimində fəaliyyət göstərir. Atəşkəs dövründə toplanmış kəşfiyyat məlumatları, hədəf siyahılarının yenilənməsi və texniki hazırlıq işlərinin sürətləndirilməsi bu mərhələnin əsas xüsusiyyətləri kimi qeyd edilir.

NYT-nin mənbələri vurğulayıb ki, siyasi qərar qəbul edildiyi təqdirdə hərbi əməliyyatların son dərəcə qısa müddətdə bərpa edilə biləcəyi üçün texniki hazırlıq artıq başa çatdırılmaq üzrədir. Nəşr eyni zamanda danışıqlar yolu ilə həll variantının hələ də masadan götürülmədiyini, lakin hərbi seçimin ciddi surətdə nəzərdən keçirildiyini qeyd edir.

Xatırladaq ki, İsrail və ABŞ əvvəlki mərhələdə İranın nüvə və hərbi infrastrukturuna bir sıra zərbələr endirmişdi. Atəşkəsin şərtlərinin pozulması və ya diplomatik prosesin çıxılmaz vəziyyətə düşməsi halında münaqişənin yeni dalğasının qaçılmaz olacağı bildirilir.

Poliqon.info

Seçilən
54
50
poliqon.info

10Mənbələr