İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan külli miqdarda silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
“Cebheinfo.az”-ın “Tasnim” xəbər agentliyinə istinadən məlumatına görə, SEPAH-ın açıqlamasında deyilir:
"Şimali İraqda yerləşən, ABŞ və İsrailiN maraqları naminə fəaliyyət göstərən müxalif terrorçu qruplar ölkəyə külli miqdarda yeni Amerika silah və sursatı qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində idilər".
Qruplar İranın şimal-qərbindəki Kürdüstan əyalətinin Baneh şəhəri yaxınlığında, İran-İraq sərhədi yaxınlığında zərərsizləşdirilib. İran təhlükəsizlik qüvvələri basqın zamanı külli miqdarda Amerika silah və sursatını ələ keçirib.