AZ

SEPAH İrana külli miqdarda silah qaçaqmalçılığı cəhdinin qarşısını alıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan külli miqdarda silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını alıb.

Herbiand.az bildirir ki, bu barədə Tasnim xəbər agentliyi xəbər verib.

Məlumata görə, Şimali İraqda yerləşən, ABŞ və sionist rejimin (İsraili nəzərdə tutulur - red.) maraqları naminə fəaliyyət göstərən müxalif terrorçu qruplar ölkəyə külli miqdarda yeni Amerika silah və sursatı qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində idilər.

Qeyd edilib ki, qruplar İranın şimal-qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində, İran-İraq sərhədi yaxınlığında zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri basqın zamanı külli miqdarda Amerika silah və sursatını ələ keçiriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
2
herbiand.az

3Mənbələr