2026-cı ilin yanvar-aprel ayları ərzində 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.
Müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir.