AZ

Azərbaycanda doğulan 28 min körpəyə 600 manat ödənildi

2026-cı ilin yanvar-aprel ayları ərzində 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir.
Seçilən
9
2
azpost.info

3Mənbələr