AZ

Dörd ayda 28 min 830 körpə doğulub

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin yanvar-aprel ayları ərzində 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir.

Ödənişin şərtlərinə görə, iki və ya daha çox uşaq doğulduqda müavinət hər uşaq üçün ayrıca olmaqla (məsələn, əkizlər üçün 1200 manat) ödənilir.

Pullar proaktiv qaydada təyin olunur. Yəni müavinətin təyin edilməsi üçün heç bir quruma sənəd təqdim etməyə və ya müraciət etməyə ehtiyac yoxdur. Uşağın doğum şəhadətnaməsi qeydiyyata alındığı an sistem tərəfindən avtomatik (proaktiv) təyin edilir.

Vətəndaşlara vəsait tam məbləğdə və nağdsız qaydada bank və ya poçt vasitəsilə verilir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
2
azpost.info

3Mənbələr