AZ

Dörd ayda 28 min 830 körpə doğulub –Hər bir uşağa 600 manat ödənilib

2026-cı ilin yanvar-aprel ayları ərzində 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir.
Seçilən
55
2
azpost.info

3Mənbələr