AZ

Messi "İnter Mayami"ni qələbəyə daşıdı - VİDEO

"İnter Mayami" MLS liqasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi 13-cü tur çərçivəsində "Portland" ilə üz-üzə gəlib. 

Dünya ulduzlarının çıxış etdiyi "İnter Mayami" doğma meydanda 2:0 hesablı qələbəyə seviniblər. Son çempionun heyətində Lionel Messi bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. 38 yaşlı argentinalı 31-ci dəqiqədə hesabı açıb, 42-ci dəqiqədə isə komanda yoldaşı Berteramenin fərqlənməsinə şərait yaradıb. Beləliklə, o, karyerasında ümumilikdə 910-cu qolunu vurub. 

 

O, cari MLS mövsümündə 13 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Messi karyerası ərzində “Barselona”da 672, “PSJ-də 32, “İnter Mayami”də 90, Argentina millisində isə 116 qol vurub.

"İnter Mayami" hazırda turnir cədvəlində 28 xalla 2-ci yerdədir.

Seçilən
12
50
fanat.az

10Mənbələr