AZ

“Qarabağ” darmadağınla Avroliqaya vəsiqəni rəsmiləşdirdi

Misli Premyer Liqasının 32-ci turunda 2 oyun baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, “Qarabağ” doğma meydanda “İmişli” ilə qarşılaşıb.

Qurban Qurbanovun komandası rəqibini darmadağın edib - 3:0.

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Kurban Berdıyevin komandası rəqibinə 2:3 hesabı ilə uduzub.

“Qarabağ” ikinci yerdə olan “Turan Tovuz”la xal fərqini 7-yə çatdırıb. Bununla da Ağdam təmsilçinin Avroliqada iştirak edəcəyi dəqiqləşib.

“Şamaxı” - “Turan Tovuz” - 3:2 (İkinci hissə)

Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2) 

“Qarabağ” - “İmişli”- 3:0 (İkinci hissə)

Qollar: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78

"Cebheinfo.az"

Seçilən
20
2
cebheinfo.az

4Mənbələr