Misli Premyer Liqasının 32-ci turunda 2 oyun baş tutub.
Publika.az xəbər verir ki, “Qarabağ” doğma meydanda “İmişli” ilə qarşılaşıb.
Qurban Qurbanovun komandası rəqibini darmadağın edib - 3:0.
“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Kurban Berdıyevin komandası rəqibinə 2:3 hesabı ilə uduzub.
“Qarabağ” ikinci yerdə olan “Turan Tovuz”la xal fərqini 7-yə çatdırıb. Bununla da Ağdam təmsilçinin Avroliqada iştirak edəcəyi dəqiqləşib.