Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Bu həftə ərzində Ukrayna müdafiə qüvvələri Rusiyanın arxa cəbhəsində yerləşən bir sıra hədəflərə, o cümlədən döyüş xəttindən təxminən 1000 kilometr uzaqlıqdakı obyektlərə zərbələr endirdik".
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə “Facebook” hesabında paylaşım edib.
Prezident qeyd edib ki, həyata keçirilən əməliyyatlar nəticəsində Be-200 amfibiya təyyarəsi, Ka-27 helikopteri, sursat daşıyan yük gəmisi, “Pantsir-S1” və “Tor” zenit-raket kompleksləri, “Redut-2US” rabitə sistemi, həmçinin dronlar məhv edilib.
Zelenski əlavə edib ki, Ukrayna qüvvələri Rusiyanın neft obyektləri və hərbi gəmilərinə də uzaqmənzilli zərbələr endirib.
O vurğulayıb ki, bu hücumlar Rusiyanın fəaliyyətlərinə “ədalətli cavab”dır və Ukrayna uzaqmənzilli əməliyyatların miqyasını daha da artıracaq.
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.