AZ

Zelenski: Rusiyanın 1000 km dərinliyindəki hədəfləri vurduq

Volodimir Zelenski bildirib ki, həftə ərzində Ukrayna müdafiə qüvvələri Rusiyanın arxa cəbhəsində yerləşən bir sıra hədəflərə, o cümlədən döyüş xəttindən təxminən 1000 kilometr uzaqlıqdakı obyektlərə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə “Facebook” hesabında paylaşım edib.

Prezident qeyd edib ki, həyata keçirilən əməliyyatlar nəticəsində Be-200 amfibiya təyyarəsi, Ka-27 helikopteri, sursat daşıyan yük gəmisi, “Pantsir-S1” və “Tor” zenit-raket kompleksləri, “Redut-2US” rabitə sistemi, həmçinin dronlar məhv edilib.

Zelenski əlavə edib ki, Ukrayna qüvvələri Rusiyanın neft obyektləri və hərbi gəmilərinə də uzaqmənzilli zərbələr endirib.

O vurğulayıb ki, bu hücumlar Rusiyanın fəaliyyətlərinə “ədalətli cavab”dır və Ukrayna uzaqmənzilli əməliyyatların miqyasını daha da artıracaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
1
turkustan.az

2Mənbələr