AZ

Maksimum bal toplasa da, DİM qəbul etmir

Aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanarkən diqqətlər əsasən 300 bal toplayan bir abituriyentin üzərində cəmlənsə də, əslində ölkə üzrə daha bir nəfər maksimum nəticə göstərib. Əhməd Hüseynov də imtahanda 300 bal toplayıb.

Lakin onun nəticəsi Dövlət İmtahan Mərkəzinin rəsmi siyahısında yer almayıb. Səbəb isə abituriyentin məktəbdə tədris olunan xarici dildən fərqli dil seçməsi olub. Qaydalara əsasən, buraxılış imtahanında xarici dil nəticəsinin etibarlı sayılması üçün şagird məktəbdə keçilən dili seçməlidir. Əks halda həmin nəticə buraxılış göstəricilərinə daxil edilmir.

“Yeni Sabah” xəbər verir ki, "Azərbaycan müəllimi”nə danışan Əhməd Hüseynov bildirib ki, məktəbdə əsas xarici dil rus dili olsa da, o, özünü bu fəndə zəif hiss etdiyi üçün imtahanda ingilis dilini seçib: pizza

"Çünki ingilis dilini daha yaxşı bilirdim. Həm də düşünürəm ki, müasir dövrdə ingilis dili daha vacib və perspektivli dildir”.

Əhməd deyir ki, nəticəsini ilk dəfə hazırlıq müəllimlərinin yaratdığı qrupda öyrənib:

"Müəllimimiz qrupa yazdı ki, 300 bal toplamışam. Bu xəbər məni çox sevindirdi. Həm qürurverici, həm də həyəcanlı an idi”.

O vurğulayıb ki, uğurunun arxasında uzun illərin zəhməti dayanır:

"1-ci sinifdən dərslərimi yaxşı oxumuşam. Müəllimlərim və valideynlərim hər zaman mənə dəstək olublar”.

Əhməd əsas diqqəti zəif olduğu mövzulara yönəltdiyini də qeyd edib:

"Riyaziyyatda boşluqlarımı doldurmaq üçün çox çalışdım. Azərbaycan dilində mətnlər üzərində işlədim, ingilis dilində isə söz ehtiyatımı artırmağa çalışdım”.


Telegram kanalımız
Seçilən
22
5
yenisabah.az

6Mənbələr